İyunun 30-da Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi saxlanılıb.

Unikal.org-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, buna səbəb onların Xətai rayonu ərazisində yerləşən marketlərdən birində alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əsginas verməkləridir.

Ata-oğul Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil veriliblər.