Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qarşısında dava düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki, övladları boşanan qudalar arasında yaranan mübahisə davaya çevrilib.

Nəticədə oğlanın atası qızın anasını döyüb. Xəsarət alan Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Əzizova Mənzərə Ramazan qızı üz və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.