Yas mərasiminə gələnlərdən birinin cibindən telefonu götürən şəxsi Göygöl polisi elə rayon ərazisində saxlayıb.

Unikal.org xəbər verir ki, istintaq yolu ilə müəyyən edilib ki, həmin şəxs "qənimətini Gəncə şəhərində tanımadığı şəxsə satıb.

Həsrət Fərəcovun ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun Göygöllə yanaşı, qonşu rayonlarda da analoji cinayətlər törətdiyi məlum olub.

Həsrət Fərəcov - saxlanılan şəxs: "Nənəmin hüzr yerinə getmişdim. Qohumlarımızda oradayadı. Qohumlarımızdan birinin telefonunu oğurladım. Aparıb Gəncə şəhərində 70 manata satmışam.

Açılan iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir. (ARB TV)