"Bəzi media orqanlarında təkidlə çoxlu şərhlər, çoxlu fikirlər irəli sürülür ki, cəbhədə vəziyyət gərginləşəndə mədəniyyət xadimləri əsgərlərin qarşısında çıxış etmədilər, bunu etməli idilər və s. Mədəniyyət xadimləri əsgərlərin qarşısında çıxış ediblər, edirlər və bu, davam edəcək".
Unikal.org apa-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib. 
Nazirin sözlərinə görə, mədəniyyət xadimlərinə ünvanlanan ittihamlar əsassızdır: "Çətin dövrdə də, yaxşı dövrdə də mədəniyyət, incəsənət cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Xalqda dərddirsə, mədəniyyət və incəsənətdə də dərddir. Xalqda bayramdırsa, jurnalistikada, ümumən ictimai fikirdə olduğu kimi mədəniyyət və incəsənətdə də belədir. Mədəniyyət xadimləri əsgərlərin qarşısında öz yaradıcılıqları ilə çıxış ediblər, orduda ruh yüksəkliyi yaradıblar. Mən buna görə, onların hər birinə təşəkkürümü bildirirəm".