Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan C.Fyodorovun bir neçə digər oğurluq cinayətlərini törətməsi də müəyyən edilib.

DİN-dən unikal.org-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ceyhun Fyodorovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.
Qeyd edək ki, 2015-ci il 20 noyabr tarixində Sumqayıt şəhər sakini Leyla Cəlilova evindən pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Pənah oğlu Fyodorov yaxalanmışdı. 
O? Sumqayıt şəhəri ərazisində ingilis dili müəllimi və tərcüməçi işləyib.