Gəncədə bıçaqlanma olub. 
Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Fərid İsmayıl oğlu qarnının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
F.Əhmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.