Bakıda avtomobilləri oğurlayıb satan oğru tutuldu.
DİN-dən unikal.org-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Mirhüseyn Mirxasovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtatrışı İdarəsi və Xətai RPİ əməkdaşları tərəfindən aparılam əməliyyat tədbirləri ilə onun aprelin 24-də Elbrus Adilova məxsus "VAZ-21051, mayın 12-də isə Vaqif Cəfərzadəyə məxsus "VAZ-21074 markalı avtomobilləri qaçırması, E.Adilova məxsus avtomobili isə hissələrə bölərək satması da müəyyən edilib.