Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.

Bu barədə Unikal.org-a DGK-dan məlumat verilib.

Məlumata görə, Yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.