Futbol üzrə İspaniya çempionatının 7-ci turunda "Barselona" ilə "Las-Palmas" arasında "Kamp Nou" stadionunda keçiriləcək matç boş tribunalar önündə oynanılacaq.

Unikal.org xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qərar görüş zamanı mümkün qarşıdurmadan yayınmaq üçün qəbul olunub.

Hazırda Kataloniyada müstəqilliyə dair referendum keçirilir.