Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.
Unikal.org apa-ya istinadən məlumatına əsasən, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.
Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir.
Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində ittiham olunan 10-dan çox şəxs saxlanılıb.