Şirvan aşıq məktəbinin tanınmış simaları Aşıq Vüqar Mahmudoğlu və Aşıq Əli yeni aşıqlar qrupu yaradıb.
Unikal.org xəbər verir ki, bu barədə Aşıq Vüqar Mahmudoğlu məlumat verib. O bildirib ki, qrupda Sahib Qaçayev, Asif Xasanoğlu və bir neçə gənc musiqiçi yer alıb.
Qrupun istiqaməti haqda danışan Vüqar Mahmudoğlu unudulmuş bir çox el havalarını yenidən cəmiyyətə təqdim edəcəklərini deyib.
Qeyd edək ki, qrup ilk dəfə 27-28 apreldə keçiriləcək dövlət tədbirində çıxış edəcək.