Xaçmaz rayonunda 61 yaşlı şəxsi güllələyən şəxs özünə də silahla xəsarət yetirib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Qımılqışlaq kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlunu güllələyən həmkəndlisi, 1957-ci il təvəllüdlü Məmmədseyidov Gülbala İmaməddin oğlu özünü də güllələyib.

O, yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

12:19

Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsində güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ov tüfəngi ilə həmkəndlilərindən birinin xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.