Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki, Gəncə şəhər sakini, 1983-cu il təvəllüdlü İlham İsa oğlu Qarayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.