Oğuzda iki qardaş həmkəndliləri tərəfindən döyülüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gecə saat 04.00 radələrində Oğuz rayonu Ərmənət kənd sakinləri - 1987-ci il təvəllüdlü Əyyub Həsən oğlu Əyyubov və onun qardaşı, 1989-cu il təvəllüdlü Elmir müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Şəki MRX-dan verilən məlumata görə, Əyyub və Elmir onları həmkəndlilərinin döydüklərini bildiriblər. Əyyuba bədənin ümumi travması, başın yumşaq toxumalarının əziyi, Elmirə isə başın alın nahiyəsinin qapalı travması diaqnozu qoyulub. Qardaşların müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.