Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevadan boşanan aktyor Tolga Karelin sevgilisi Sarah Skotti ilə evlilik planları maddi çətinliklərə görə suya düşüb.

Unikal.org xəbər verir ki, Tolga Karel haqqında Türkiyə mətbuatında iddialar səslənib. "Hürriyet"in yazdığına görə, çəkildiyi "Kalbimdeki Yabancı" serialından pul almayan aktyor maddi çətinlik çəkir. O, serial heyəti ilə söhbətində həmkarlarına: "Evlənmirəm. Pulumu ala bilməsəm, necə evlənim?" - deyərək ağlayıb.