Məşhur aktrisa Məryəm Uzerli yeni filmi ilə sevənlərinin qarşısına çıxacaq.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı danışıb. O, qızı Laranın atası ilə heç bir əlaqəsinin olmadığını söyləyib. M.Uzerli qızının gələcəyi üçün daha çox pul qazanmalı olduğunu bildirib.

Meryem Uzerli, həmçinin onu da əlavə edib ki, hər zaman öz əməyi ilə pul qazanmağı üstün tutub. Lakin bir dəfə pul qarşılığında ərəb şeyxi ilə yemək yediyini də gizlətməyib. O, heç bir əmək sərf etmədiyi üçün bu pulu ehtiyacı olanlara paylayıb.