Aktrisa Pərvin Abıyeva dünya ulduzu Cennifer Lopesin paltarından tikdirib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı məşhur bir neçə gün əvvəl 27 yaşı tamam olması münasibətilə təmtəraqlı doğum günü keçirib. Doğum günündə xüsusi sifariş verdiyi libası geyinən P.Abıyeva ziyafətdə çəkilən şəkilləri instaqramda paylaşıb.

Məlum olub ki, aktrisa özü üçün Cennifer Lopesin may ayında bir tədbirə geyindiyi paltarın eynisindən tikdirib.