Aktyor İlkin Misgərliyə avtomobil hədiyyə edilib.

Unikal.org xəbər verir ki, Axşam.az-a açıqlamasında aktyor xəbəri təsdiqləyib. İlkin bildirib ki, hələ maşınını görməyib:

"Bu gün "Maşın şouda hamısını açıqlayacam. Avtomobili də hələ bu gün görəcəm.

İlkin sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:

"Mənim dilimdən "Gözüm yoldadır başlıqda yazı yayılıb. İnsanlar isə məni tənqid edir. İfadə dilənçilik kimi görünür. Ayıbdır... Mən maşınla da, maşınsız da həmin insanam. Həyatıma, işimə davam edirəm. Bu bir şou idi, getdim oynadım və uduzdum. Mənim istəyim oyundakı maşını udmaq idi. Başqa bir maşın yolu gözləmirdim, heç kimdən də avtomobil istəməmişəm.