Xəbər verdiyimiz kimi, bu ilin iyul ayının 27-də "Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov 2 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib və azadlığa buraxılıb.

Unikal.org-un xəbərinə görə, Məhəmməd Məmmədov şərti cəzanın bəraətlə əvəz olunması üçün Apellyasiya şikayəti verib.

M.Məmmədovun vəkili Şahin Rəfiyev Unikal.org-a bildirib ki, şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır və bu məsələ ilə bağlı prosses davam etdirilir.