Türkiyənin məşhur müğənnisi Tuba Özerk sevgilisi ilə dalaşarkən jurnalistlərin kameralarına tuş gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistləri görən kimi sakitləşən cütlük sevgili olmadıqlarını deyib. Daha sonra onları çəkdikləri üçün media işçilərinə əsəbiləşib reaksiya verib:

"Bizi niyə çəkirsiniz? İş barədə danışırq. Yazmağa xəbər tapmadınız?.

Daha sonra müğənni gülsatanlara pul vermək adıyla bankomata yönəlib. Amma rüşvəti ağlından keçirən Tuba sevgilisi ilə müxbirlərə pul göndərib. Özerkin sevgilisi "Xarici ölkələrdə belədir deyərək pulu jurnalsitlərə zorla verməyə çalışıb.

Lakin təklifinin qəbul olunmadığını görən müğənni sevgilisi ilə birlikdə paparassiləri söyərək avtomobillərinə əyləşərək və oradan uzaqlaşıblar.