Yaponiyanın məşhur avtomobil istehsalçısı "Honda Çin bazarından 3 min 524 ədəd avtomobili yan güzgülərdəki qüsurla əlaqədar geri çağırır.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, geri çağırılan avtomobillər 2013-1017-ci illərdə idxal edilmiş "Acura MDX və 2014-2015-ci illərdə buraxılan "Acura TLX modelləridir.

Mütəxəssislərin qənaətinə görə, avtomobillərin yan güzgülərinin idarəetmə sisteminə ehtimal olunan sürtünmə əsas güzgünün fəaliyyətinin bloklanmasına gətirib çıxara bilər. Bu da öz növbəsində sürücünün avtomobilin arxa görünüş güzgüsündən istifadəsini çətinləşdirməklə təhlükəli halların yaranmasına səbəb ola bilər.

Qüsurlu avtomobillərin geri çağırılması prosesinə gələn ilin yanvarından başlanılacaq. Qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.