Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri kimi tanınan Antalyada yaşayan azərbaycanlıların sayı məluma olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada 1000 nəfərdən çox vətəndaşı yaşayan ölkələr sırasında 2 min 868 nəfərlə Azərbaycan da var.

Həmçinin bildirilir ki, İrandan 2 min 413, İraqdan 1946, Gürcüstandan 1625, Özəbikstandan 1561, İngəltərədən 1511, Hollandiyadan 1292 nəfər yaşayış yeri kimi Antalyanı seçib.
Xatırladaq ki, Antalya -Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və liman. Antalya ilinin mərkəzidir. Əhalisi 2015-ci ildə 2.300.000 nəfərdir.