Bakı Biznes və Kooperasiya Kollecində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında kollecin həyətyanı sahəsində qeydə alınıb.

Belə ki, 17 yaşlı Cəfərli Ayxan Rövşən oğlu kollecin tələbəsi ilə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır.