"Bakı Telefon Rabitəsi MMC-nin tabeliyində olan bir neçə telefon qovşağı ləğv olunub.

Unikal.org  xəbər verir ki, bu barədə "Vergilər qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Məlumata əsasən, Yasamal, Xətai, Sabunçu, Xəzər, Qaradağ, Nizami Telefon Qovşaqları bütün hüquq və vəzifələrinin hüquqi varisi olan "Bakı Telefon Rabitəsi MMC-yə keçməsi şərti ilə ləğv olunduğunu elan edirlər.

Bundan başqa, "Bakı Telefon Rabitəsi MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Müəssisənin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan "Bakı Telefon Rabitəsi MMC-yə keçib.