Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21065" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Bu barədə Unikal.org-a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, avtomobilin qapılarının içində və arxa oturacağın altında gömrük nəzarətindən gizlədilən 380 qutu pirotexniki vasitə və 50 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.