Sumqayıt şəhərində oğurluq olub.

Unikal.org bildirir ki, dekabrın 21-də şəhər ərazisindəki evlərin birindən 210 manat və qızıl əşyalar oğurlanması barədə 1-ci polis bölməsinə məlumat daxil olub.

Polisin əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Müqbil Həşimov saxlanılıb.

Onun noyabrın 18-dən dekabrın 20-dək olan müddətdə şəhər ərazisində daha 3 evdən pul, qızıl və məişət əşyaları oğurladığı müəyyən edilib.