Bakıda avtomobildən xeyli pul oğurlanıb. Unikal.org Lent.az-a istinadın xəbər verir ki, dünən saat 18 radələrində Nəsimi rayonu ərazisində - Ceyhun Hacıbəyli və Hənifə Ələsgərov küçələrinin kəsişməsində Axundov Hikmət İlham oğluna məxsus olan 99 LV 114 dövlət qeydiyyat nişanlı "Mersedes C Classdan şüşəni sındırma yolu ilə 4 min manta oğurlanıb. Naməlum şəxs və ya şəxslər havanın qaraldığı vaxt avtomobilin ön sağ şüşəsini sındırıraq pulu götürüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsində araşdırma aparılır.