Bakıda yaşayan Türkiyə vətəndaşı üzləşdiyi oğurluq əməli ilə bağlı polisə müraciət edib. 

Unikal.org lent.az-a istinadən xəbər verir verir ki, Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxlayan Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Torpaqtəpə İbrahim Mustafa oğlu bildirib ki, evə gətirdiyi qadın ona məxsus olan qızıl qol saatını, "Samsung və "İPhone markalı mobil telefonlarını götürərək qaçıb. O bildirib ki, özünü Lalin adı ilə təqdim edən gənc qadınla tanış olub və onu Süleyman Vəzirov küçəsindəki yeni tikilmiş binadakı mənzilə gətirib. Axşam saatlarında İbrahim Torpaqtəpənin hamam otağında olmasından istifadə edən qadın qiymətli əşyaları götürərək aradan çıxıb.


Araşdırma aparılır.