Göygöldə qətl hadisəsi törədilib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub. Onun tanıdığı şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.