"Yapı Kredi Bankın baş icraçı direktoru Faik Açıkalın bankla yollarını ayırır.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bankir dekabrın 29-da tutduğu vəzifədən azad olunacaq. Buna səbəb onun təqaüd yaşına çatmasıdır. Bu vəzifəni müvəqqəti olaraq baş icraçı direktorun müavini Nikkolo Umbertalliyə həvalı olunub.

Baş icraçı direktor vəzifəsinə Gökhan Erünün təyin olunacağı gözlənilir. Bu məsələyə 2018-ci ilin yanvarın 15-də keçiriləcək bankın İdarə Heyətinin iclasında baxılacaq.

Qeyd edək ki, F. Açıkalın "Yapı Kredi Bank Azərbaycanın Müşahidə Şurasının sədridir. Beləliklə, o, avtomatik olaraq bu vəzifədən kənarlaşdırılacaq.