Türkiyədə təhsil alan 8 azərbaycanlı tələbə soyğunçuluq və zorakılıq iddiasıyla polis tərəfindən saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Türkiyənin məşhur Kastamonu Universitetində təhsil alan azərbaycanlı 8 tələbə həmyerlilərinə qarşı zorakılıq nümayiş etdiriblər.

Onlar universitetə bu il qəbul olan azərbaycanlı tələbələrdən pul tələb edib, əşyalarını mənimsəyiblər.
Belə ki, cinayətkarlar azərbaycanlı tələbələrin qaldıqları evə girərək birinin barmaqlarını sındırıb, mənzildən noutbuk, foto aparat və mobil telfonları zorla əllərindən alaraq aparıblar.

Hadisə ilə bağlı zərər çəkən tələbələr polisə şikayət ediblər.

Cinayəti törədən azərbaycanlı EE, F.A., N.A., R.A., M.Y., S.M., H.A. və S.R. saxlanılıb, izahatı alındıqdan sonra məhkəməyə aparılıb.