Nazirlər Kabineti "Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında qərar verib.

Unikal.org xəbər verir ki, qərara əsasən "Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazənin forması, "Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportunun forması və "Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası təsdiq edilib.

Qərara əsasən bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakdan istifadəyə görə məbləğ də müəyyənləşib. Bu məbləğ reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin10 faizi həcmində müəyyən edilib. Açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.

Müvafiq olaraq "Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydalarının və "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin formasının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli qərarı ləğv edilib/apa.