Cəlilabad rayonunda kürəkən qaynatasını qətlə yetirib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Uzuntəpə kənd sakini, 1956-cı il təvəllüdlü Rakif Qardaş oğlu Hüseynovu onun kürəkəni 1999-cu il təvəllüdlü Əvəz Əhməd oğlu Həmzəyev bıçaqlayaraq öldürüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.