Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlərlə açılıb.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 3 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.