Koreya Respublikası hökuməti Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmilərinə qarşı sanksiyaları müvəqqəti olaraq dayandıra bilər.

Unikal.org xəbər verir ki, Koreya Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Noh Kyu-duk bildirib ki, bu addım KXDR rəsmilərinin gələn ay Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları üçün Cənubi Koreyaya səfər etmələri ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu gün Şimali və Cənubi Koreya rəsmiləri arasında keçirilmiş danışıqlarda KXDR tərəfi Pxençan Olimpiya Oyunlarına idmançılarla yanaşı, rəsmi nümayəndə heyəti göndərmək niyyətini bəyan edib. Lakin Cənubi Koreyanın tətbiq etdiyi sanksiyalar KXDR-in bəzi rəsmi şəxslərinin Koreya Respublikasına girişini qadağan edir. Bu səbəbdən Koreya Respublikası sanksiyaları müvəqqəti dayandıra biləcəyini bəyan edib.