Almaniya və İtaliyada "Ndrangheta mafiya qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son 23 ilin ən böyük mayifa əməliyyatı zamanı 169 nəfər saxlanılıb.

Bundan əlavə əməliyyyatlar nəticəsində 50 milyon avro dəyərində aktivlər müsadirə olunub.

Məlumata görə, əməliyyatlar İtaliya və Almaniyanın xüsusi xidmət orqanları tərəfindən birgə keçirilib. Saxlanılan şəxslərin arasında Krotone şəhərinin meri və daha iki məmurun olduğu bildirilib.