Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada 1982-ci il təvəllüdlü Ulduz Vəliyeva yaşadığı ünvanda vəhişəcəsinə döyülərək bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlumata görə, Ulduz Vəliyeva həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb.