Yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova "Jeep-Compas markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Unikal.org-a verilən məlumatda bildirilib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda qeyd olunan avtomobil N.Yusifbəyli küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla həmin avtomaşını qaçırmaqda şübhəli bilinən şəxsin Daşkəsən rayon sakini Emil İsmayılov olduğu müəyyən edilib.