Nərimanov rayon Polis İdarəsi əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına silah çəkən şəxsi yaxalayıb.

Unikal.org xəbər verir ki, Nərimanov RPİ-dən "Ölkə.Az-a verilən məlumata görə, artıq 1983-cü il təvəllüdlü Təyyar Əliyev saxlanılıb və ona qarşı rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Maddi sübut kimi götürülən pnevmatik tapança ballistik ekspertizaya göndərilib. Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gecə baş verib. "Ölkə.Az-ın "Report-a istinadən verdiyi xəbərə görə, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, "Volkswagen markalı "90 UU 793 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.
Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.

11:19

Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, "Volkswagen markalı "90 UU 793 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.

Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.