Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.