Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Ağdamda faciəli şəkildə ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib. Goranboy rayonunun Zeyva kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu "SHACMAN markalı yük maşının altında qalıb.

Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.