Mingəçevir şəhərində ümumi sahəsi 286 m2 olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 98 m2 sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və ona bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.