Türkiyədə yaşayan Azərbaycanlı gənc telfonda arvadı ilə dalaşdığına görə özünü bıçaqlayıb.

Unikal.org xəbər verir ki, hadisə İstanbulun Kasımpaşa rayonunun Kaptan Paşa qəsəbəsi, Zincirlikuyu prospektində bu gün səhər saat 08.15 (Türkiyə vaxtı) radələrində baş verib.

İddiaya görə, Azərbaycan vətəndaşı Nemettin A., sözügedən küçədən evinə doğru gedərkən bilinməyən səbəblərdən telefonda arvadı ilə mübahisə etməyə başlayıb. Bundan sonra Neməttin evinə gedərək özünü bıçaqlayıb.

Yaralı adamın səsini eşidən qonşular təcili yardıma müraciət ediblər.

Polis, olayla bağlı istintaqa başlayıb.