Şənbə günü Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, fevralın 3-də ölkə yollarında ümumilikdə 6 avtomobil qəzası baş verib. Nəticədə daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Şənbə günü Bakının Sabunçu və Nizami rayonunda, eləcə də Füzulidə piyadalar yol qəzasının qurbanı olub. Gədəbəydə isə avtomobilin aşması bir nəfərin ölümünə, daha bir şəxsin isə yaralanmasına səbəb olub. Bakının Suraxanı rayonu ərazisində "Mercedes"in maneəyə çırpılması 1 nəfərin ölümünə, daha 3 nəfərin xəsarət almasına səbəb olub.