Astara rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndi ərazisində baş verib.

Belə ki, 22 yaşlı Adil Təyyar oğlu Məlikov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb və sürücü ağır vəziyyətdə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralı müayinə olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır