Oğurluqda şübhəli bilinərək tutulmuş şəxsin başqa cinayəti üzə çıxıb. Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 8-də Bakı şəhər sakini Həsrət Qorçuyevə məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Rufullayev Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Onun CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.