Ötən gecə Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan vətəndaşı saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə APA Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxs Mşvidobiani kəndində avtomobil qaçırıb.

DİN əməkdaşları onu "isti izlərlə saxlayıb. Saxlanılan şəxsin ağır cinayətə görə Azərbaycan dövləti tərəfindən axtarışa verildiyi bildirilir.

Faktla bağlı istintaq aparılır.