Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, onların da 20-si "isti izlərlə açılıb.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.