Gəncədə bir neçə gün əvvəl evə silahlı basqın edən masqalı şəxslərlə birgə çalışan daha iki nəfər saxlanlıb. Onlardan biri qadındır Gəncə şəhərində müxtəlif yerlərdə evlərdən oğurluqla məşğul olan dəstə üzvlərini zərərsizləşdirib.

Unikal.org report-a istinadən xəbər verir ki, fevralın 26-da Gəncə şəhərinin Cavadxan qəsəbəsində mənzildən soyğunçuluq edən şəxslər - Goranboy rayon sakinləri Elxan Yaqubovun və Adil Nuriyevin ətrafında aparılan əməliyyat-tədbirləri nəticəsində Şaiq Fəxrəddin oğlu Hacıyev və onunla birgə qeyri-rəsmi yaşayan Aytən Dəmir qızı Allahverdiyevanın da əli olduğu məlum olub. Belə ki, taksi sürücülüyü ilə məşğul olan Ş.Hacıyev və onunla qeyri-rəsmi yaşayan A.Alahverdiyeva əvvəlcədən soyacaqları evi müəyyən edərək sonradan qrup şəklində çalışdıqları E.Yaqubova və A.Nuriyeva bildiriblər. Əməliyyat zamanı məlum olub ki, saxlanılan dəstə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Tovuz və başqa rayonlarda da müxtəlif evlərə girərək soyğunçuluq ediblər.

Onlar sonuncu dəfə isə Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən evlərin birinə giriblər. Lakin həmin evdə kirayədə yaşayan şəxsin Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək maskalı və silahlı şəxslərin onun yaşadığı evə basqın etdiyi barədə verdiyi məlumata əsasən saxlanılıblar.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan dəstə üzvlərindən 1 ədəd "Makarov tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq və Cavadxan qəsəbəsindəki evdə törətdikləri soyğunçuluq yolu ilə götürülmüş qiyməti 90 manat dəyərində olan mobil telefon və 20 manat dəyərində kişi üzüyü də maddi sübut kimi götürülüb.

Qeyd edək ki, dəstə üzvləri əvvəlcədən planlaşdırdıqları bütün evə Ş.Hacıyevin idarə etiyi avtomobillə gediblər və həmin şəxs digərləri mənzildə soyğunçuluq edən zaman çöldə dayanaraq sürücülüklə yanaşı bir növ "gözətçilik edib.

Faktla bağlı saxlanılan cinayətkar dəstə üzvlərinin barəsində Cinayyət Məcəlləsinin müvafiq maddələri ilə cinayə işi açılıb, araşdırma aparılır.