Azərbaycanın və "Qəbələ idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, idmançımız "Glory seriyasında təşkil olunan yarışda qüvvəsini sınayıb.

O, Hollandiyanın Rotterdam şəhərində təşkil olunan "Glory51 turniri çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. A.Nəbiyev yekunda 2:1 hesabı ilə qalib gəlib.

Bu, Nəbiyevin "Glory seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidir.